İşğaldan azad edilmiş və minalardan tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar aparan 4 şəxs saxlanılıb. Bu barədə Report mayın 3-də Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Təzəkənd kəndində 4 nəfər saxlanılıb. Onların “Shacman” markalı yük avtomobilindən işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.