Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarları və magistral kanalların təmir-bərpası üçün layihə sənədləri hazırlanıb. Bu haqda mayın 6-da Report xəbər yayıb.
Tərtərçay, Həkəriçay və Bərgüşadçay su anbarları kompleksinin su ehtiyatlarının istifadəsi üzrə layihə işlərinin görülməsinə başlanılıb.
2021-ci ildə icra olunmuş layihələr hesabına 9,5 min hektar sahədə torpaqların su təminatı və 3,5 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb. 2,1 min hektar yeni torpaq sahəsi isə suvarma suyu ilə təmin edilib.