2020-ci il iyun ayından bu il aprelin 1-dək pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib. Bu barədə 27 aprel tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
Məlumatda qeyd olunub ki, mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6 mindən çox müraciətdən 5 010-u üzrə müsbət qərarlar qəbul edilib.
Qeyd olunub ki, təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 milyon manat olub.
Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6.290 müraciətdən 5.010-u üzrə müsbət qərarlar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 mln. manat olub.#EconomyAz pic.twitter.com/fYdF7SLXdo
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 27, 2022