“Azəripək” MMC öz məhsullarını Avropaya ixrac etməyi planlaşdırır. Bu barədə 28 aprel tarixində İqtisadiyyat Nazirliyinin Telegram səhifəsində məlumat verilib.
Məlumata əsasən, hazırda məhsullar Türkiyə, İran, Hindistan, Çin, Özbəkistan və Türkmənistana ixrac edilir. Əsas ixrac bazarları Türkiyə və İrandır.
Cari ilin ilk 3 ayı ərzində şirkətin gəliri 1,15 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 125 min manat çoxdur.
Qeyd edək ki, “Azəripək” MMC 2018-ci ildə yaradılıb. Şirkətin istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı və burucu sex daxildir.