Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azintelekom” MMC-yə yeni mətbuat katibi təyin edilib. Bu barədə 13 aprel tarixində Report məlumat verib.
Bu vəzifə Murad Əhmədova həvalə olunub.
O, bu təyinata qədər şirkətin ictimaiyyətlə əlaqələr bölməsində mütəxəssis kimi çalışıb.
Bundan əlavə, “Azintelekom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Səfər Aslanov Nazirliyin tabeliyində olan “Aztelekom” MMC-yə korporativ kommunikasiya üzrə sektor müdiri təyin edilib.
Xatırladaq ki, nazirliyin “AzinTelekom", Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Eyyubqızı bir həftə öncə işdən çıxıb.