Narkotik maddələrin satışı ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Bu haqda 3 may tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslər narkotiklərin satışı ilə “Kubinka”, “Papanin” və digər ərazilərdə məşğul olublar. Onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə tapılıb.
Saxlanılan şəxslərin hər biri narkotikləri sosial şəbəkələrdə tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla alıblar. Araşdırma zamanı məlum olub ki, həmin şəxslərdən bəziləri öz evlərində tiryəkxana da təşkil ediblər.
Faktla bağlı əməliyyatlar davam etdirilir.