Paytaxtın Suraxanı rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 5-də Report xəbər verib.
Məlumata görə, avtomobil yolu keçən 33 yaşlı piyadanı vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.