Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Bu barədə 25 iyul tarixində Oxu.az məlumat verib.
"Qobu Park-1" yaşayış massivindəki 3 saylı binada baş verən hadisə zamanı gənc qız intihar edib.
O, binanın səkkizinci mərtəbəsindən özünü ataraq canına qəsd edib.