Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan 4, onlar üçün narkokuryerlik edən 11 nəfər saxlanılıb. Bu barədə aprelin 30-da DİN məlumat yayıb.
Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, marixuana, tiryək və metamfetamin aşkar olunub.
Müəyyən olunub ki, narkotikin satışı ilə məşğul olan 4 nəfər yaşadıqları evlərdə tiryəkxana təşkil edib. Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər.
Video: YouTube Baş Narkotiklərlə Mübarizə İdarəsi