Aprelin 30-da prokurorluq əməkdaşları tərəfindən Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Aksiya paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində təşkil edilib. Tədbirdə 1000-ə yaxın şam və zeytun ağacları əkilmiş, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.
Ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi də dəstək göstərmişdir.