Suraxanı rayonunun Binə qəsəbəsindəki Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub. Bu barədə Report 10 aprel tarixində xəbər verib.
Yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanaraq ölüb.
370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Sexin geri qalan hissəsi isə yanğından mühafizə edilib.
Hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.