Balakən sakinlərində qanunsuz silah aşkarlanıb. Bu barədə 24 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
RPŞ-nin əməkdaşları tərəfindən rayon sakinləri - R.Qunduzov, A.Əhməyev, C.Mahmetabinov, N.İlyasov, T.Bayramov və İ.Abdullayev saxlanılıblar. Onlardan 6 ədəd nömrələri silinmiş “İJ” markalı ov tüfəngləri götürülüb.
Faktla bağlı araşdırma aparılır.