Balakəndə 61 yaşlı kişi intihar edib. Bu barədə 6 aprel tarixində APA məlumat verib.
Hadisə rayonun Hənifə kəndində baş verib.
Kənd sakini, 61 yaşlı Cavanşir Qurbanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki talvardan asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı C. Qurbanovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etdiyi məlum olub.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.