Balakəndə ayı arı təsərrüfatlarını dağıdıb. İnsanoid bu barədə 30 iyun tarixində Unikal.az-a istinadən xəbər verir.
Hadisə Calban kəndinin dağlıq hissəsində qeydə alınıb. Həmin ərazidə ayı 10-a yaxın arı təsərrüfatına hücum edib və ümumilikdə 70-ə yaxın arı ailəsini məhv edib. Arıçıların dediyinə görə, analoji hallar indi də baş verir. Onlar hadisə ilə baglı tədbir görülməsini xahiş edirlər.
Qeyd edək ki, hal-hazırda bir yeşik arı ailəsi 200 manatadır.