İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Maria Bartomeunun hakimlərə pul verdiyi iddia olunur. Bu barədə İnsanoid bu gün, 22 fevral tarixində xəbər verir.
"Mundo Deportivo" bildirib ki, o, Hakimlər Komitəsinin vitse-prezidenti Neqreyraya məxsus şirkətə 1,5 milyon avro ödəyib.
İddia təsdiqlənəcəyi təqdirdə Kataloniya təmsilçisi aşağı liqaya düşəcək və 5 il futboldan kənarlaşdırılacaq.
Bundan əlavə, "The Objective" nəşri Bartomeunun rəhbər olduğu dönəmdə jurnalistlərə də 7,2 milyon avro verdiyini yazıb.
Sabiq prezident iddiaları təkzib edərək bildirib: “Barselona hakimləri “almayıb”. Biz heç kəsdən heç nə gizlətmirik”.