Baş Prokurora yeni köməkçi təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Bu barədə 28 fevral tarixində APA məlumat verib.
Əmrə əsasən, Rail Bayramlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.