ABŞ Prezidenti Cozef Bayden koronavirusa yoluxub. Bu barədə 18 iyul tarixində Report Ağ Evə istinadən məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, bu gün səhər Prezident Baydenin Las-Veqasdakı ilk tədbirdən sonra koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb: “O, dəfələrlə peyvənd olunub və simptomları yüngüldür”.