Beyləqan sakinindən tapança götürülüb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 13 aprel tarixində xəbər verir.
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Şəmsi Əbilov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı "Makarov" tapançası, həmin silaha aid 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.