Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb. Bu barədə 17 aprel tarixində Report məlumat verib.
Məlumata görə, kollektora düşmüş avtomobil tapılıb və sudan çıxarılıb. Minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.
Sürücünün hərbçi olduğu bildirilir.