Beyləqanda yük avtomobili dərəyə aşıb. Bu barədə 12 may tarixində Report məlumat verib.
Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Gödəklər kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə yuvarlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" ids="115770,115771,115772"]