İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib. Bu barədə 21 iyun tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.