Böyük Şor gölü sahilində salınan qaçış zolağı istifadəyə verilib. Bu barədə Report 14 mart tarixində xəbər verib.
Açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.
İki zolaqdan ibarət qaçış yolunun uzunluğu 725, eni isə 2.40 metrdir.