Böyükşor gölündə naməlum kişi meyiti tapılıb. Bu barədə 17 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu ərazisindəki Böyükşor gölündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub. Meyitin göldən çıxarılması üçün FHN-in müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.
Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.