Böyük Britaniya Baş nazirinin müavini, ədliyyə naziri Dominik Raab istefa verib. Bu barədə 21 aprel tarixində Report məlumat verib.
Bildirilib ki, Baş nazir Rişi Sunaka D.Raabla bağlı 8 rəsmi şikayət edilib. Baş nazirin müavini bu iddiaları təkzib edərək, hər zaman peşəkarcasına fəaliyyət göstərdiyini vurğulayıb.
R.Dominik istefa ərizəsində şikayətləri qüsurlu adlandıraraq istintaqın ona qarşı iki fakt aşkarladığını vurğulayıb.
Britaniya Baş nazirinin müavini söz verdiyi üçün istefaya getdiyini də bildirib.