Bu gün UEFA Avropa Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək. Bu barədə İnsanoid bu gün, 13 aprel tarixində xəbər verir.
Günün ilk matçı Niderlandda "Feyennord" və İtaliya "Roma"sı arasında olacaq.
Eyni saatda başlayacaq oyunlarda İspaniya "Sevilya"sı İngiltərədə "Mançester Yunayted"lə, Portuqaliya "Sportinq"i İtaliyada "Yuventus"la, Belçika "Union"u isə Almaniyada "Bayer"lə üz-üzə gələcək.
Bütün qarşılaşmalar 13 aprel tarixində baş tutacaq.
20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
23:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
23:00. "Bayer" (Almaniya) - "Union" (Belçika)
Cavab matçları aprelin 20-də keçiriləcək.