Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə 19 iyul tarixində “Azəriqaz” İB bildirib.
"Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", – məlumatda qeyd olunub.