Bu ilin ötən dövründə 18 bağça müdiri işdə yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Bu barədə 13 aprel tarixində Report məlumat verib.
O bildirib ki, ötən il 14 bağça müdiri işdən çıxarılıb.