Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında müvafiq əmr imzalayıb. Bu barədə 24 iyul tarixində Report məlumat verib.
Əmrə əsasən, XI sinfi bitirən 126 məzun qızıl nişanla, 95 məzun isə gümüş medalla təltif olunub.
Əmrə görə, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.