Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Bu barədə 4 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.