Buraxılış imtahanlarının nəticələri məlum olub. Bu barədə İnsanoid DİM-ə istinadən bu gün, 12 may tarixində xəbər verir.
Aprelin 16-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 48 049 nəfərdən 329 nəfər imtahana gəlməyib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.