Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 1 may tarixində xəbər verib.
Cəlilabad şəhər avtovağzalı ərazisində "Mercedes" markalı minik avtomobili daş hasara çarpılıb. Qəza nəticəsində 47 yaşlı Mirfəttah Təhməzov və 11 yaşlı qızı V.Təhməzova xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.