Cəlilabad şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 20 iyun tarixində xəbər verib.
Şəhərin Ü.Hacıbəyov küçəsində yolu keçən 8 yaşlı Ramazan Ərəblini avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.