Yenilənib - 17:38
Cəlilabad rayonunun Privolnoye kəndində aşkar olunan mina zərərsizləşdirilib.
Belə ki, əraziyə aidiyyəti qurumların mütəxəssisləri cəlb olunub və mina yerindəcə zərərsizləşdirilib.
Cəlilabadda mina aşkarlanıb - 16:00
Cəlilabad rayonunun Privolnoye kəndində mina aşkar olunub. Bu barədə Report 13 aprel tarixində xəbər verib.
Mina kənd ərazisindən keçən çayın kənarında tapılıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.