Cəlilabadda 2300 abonent qazsız qalıb, buna səbəb qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
Cəlilabad rayonunun "Günəşli" qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200-mmlik yeraltı qaz kəməri internet xətlərini çəkən podratçı şirkət tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonentin qaz təchizatı dayanıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.