Cəlilabad rayonunda bir neçə gün əvvəl qeyri-sabit hava şəraiti zamanı ümumilikdə 4 orta məktəbə ziyan dəyib. Bu barədə 24 aprel tarixində Report məlumat verib.
Həmin məktəblərin təmir və bərpası üçün Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə məlumat verilib.
Qeyd olunub ki, aprelin 21-də təbii fəlakət (dolu, qasırğa, leysan) Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.