Canlı yayımda Ərdoğanın halı pisləşib. Bu barədə İnsanoid Türkiyə KİV-nə istinadən bu gün, 26 aprel tarixində xəbər verir.
“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək:
“Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək”.
R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.
Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.