Şəmkir rayonunda intihar hadisəsi olub. Bu barədə 30 may tarixində Lent.az məlumat verib.
Hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Kənd sakini, 21 yaşlı Samirə Cəfərova yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.