Canni İnfantino yenidən FIFA Prezidenti seçilib. Bu barədə 16 mart tarixində Report məlumat verib.
Bildirilib ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib. İnfantino seçkiyə yeganə namizəd kimi qatılıb. O, 2027-ci ilədək postunda qalacaq.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA Prezidenti vəzifəsini icra edir.