Cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 17,4% çox olub. Bu barədə 12 may tarixində energetika naziri Pərviz Şahbazov paylaşım edib.
Nazir bildirib ki, ixracın 46%-i Avropanın, 38%-i Türkiyənin, 16%-i isə Gürcüstanın payına düşüb.
Yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən #Qazİxracı 17.4 faiz çox olub. İxracın 46 faizi #Avropa|nın, 38 faizi #Türkiyə|nin, 16 faizi #Gürcüstan|ın payına düşüb. pic.twitter.com/Myju8sIKzZ
— Parviz Shahbazov (@ParvizShahbazov) May 12, 2022