Çin rəsmiləri COVID-19 üzərində "həlledici qələbə" qazandıqlarını elan ediblər. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 18 fevral tarixində xəbər verir.
Çinin siyasi bürosunun bəyanatında deyilir: "Epidemiyanın qarşısının alınması və profilaktikasında həlledici qələbə əldə edilib".
Eyni zamanda çinlilərə xəbərdarlıq edilib ki, vəziyyət yaxşılaşsa da, virus hələ də bütün dünyaya yayılır və mutasiyaya uğrayır.
Ölkədə yaşlılar üçün koronavirusa qarşı peyvənd səviyyəsinin artırılacağı bildirilir.