Çində doğum sayını artırmaq üçün yeni evlənənlərə evlilik məzuniyyəti veriləcək. Bu barədə Report 22 fevral tarixində məlumat verib.
Məzuniyyət günlərinin sayı əyalət rəhbərliyi səviyyəsində müəyyən ediləcək. Məsələn: Qansu və Şansidə yeni evlənənlərə 30 gün, Şanxayda 10 gün, Siçuanda isə 3 gün məzuniyyət veriləcək.
Ekspertlər hesab edirlər ki, Çində doğum səviyyəsinin düşməsi 1980-2015-ci illərdə ölkədə qüvvədə olan “Bir uşaq” siyasəti ilə bağlıdır.
Bundan əlavə, təhsil xərclərinin kəskin artması da bir çox çinlinin, ümumiyyətlə, uşaq sahibi olmaq istəməməsinə səbəb olub.