Culfa şəhərində avtomobil təmiri sexində yanğın olub. Bu barədə Report 3 mart tarixində xəbər verib.
Hadisə yerinə Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m olan sexin içərisində təmirə dayanmış “Mercedes” markalı minik avtomobili tamamilə yanıb.
Yanğına səbəb təmir sexindəki avtomobilin mühərrik hissəsinin elektrik naqillərində yaranan qısaqapanma olub.