Belçikada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib. Bununla bağlı ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında qərar verilib.
Bu barədə 10 mart tarixində “Qafqazinfo” məlumat verib.
Həmçinin Belçikada digər sahələrdə çalışan işçilər üçün də TikTok-a qadağa qoyulacaq.
Bundan əlavə, Belçika Kibertəhlükəsizlik Mərkəzi xəbərdarlıq edib ki, TikTok istifadəçilərdən məlumatlar toplayır.