Sahibkar Məhəmməd Əliyev Ağdaşda icra olunacaq dam örtüklərinin istehsalı layihəsi üçün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan 2 milyon 495 min manat güzəştli kredit əldə edib.
Bunu nazir Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
Qeyd edək ki, Fondun 2022-ci ildə verdiyi kreditlərin 69,7%-i regionların payına düşür.
Biznesə dəstək tədbirləri çərçivəsində sahibkar Məhəmməd Əliyev Ağdaşda icra olunacaq dam örtüklərinin istehsalı layihəsi üçün Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) 2 milyon 495 min ₼ #güzəştlikredit əldə edib.#EconomyAz #SİF pic.twitter.com/dN99hvMbzq
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 1, 2023