Daşkəsən rayonunda selə düşən gənc oğlan ölüb. Bu barədə İnsanoid Report.az-a istinadən bu gün, 30 iyun tarixində xəbər verir.
Ötən gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyriçaydan keçən sel aparıb.
Elgün Orucovun cansız bədəni Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən tapılaraq ailəsinə təhvil verilib.