Rusiya ilə sərhəddə avtomobildən narkotik aşkar edilib. Bu haqda 5 may tarixində Dövlət Gömrük Komitəsi məlumat yayıb.
"Samur" gömrük postunda "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Baxış keçirilən zaman sürücü avtomobilin salonunu tərk edib və qaçaraq üzərindəki bağlamanı yaxınlıqdakı otluq əraziyə tullayıb.
Oradan ümumi çəkisi 8 qram olan tiryək və 2 qram olan marixuana aşkar edilib.
Bu ilin yanvar – mart ayları ərzində narkotiklə bağlı ümumilikdə 2 795 cinayət faktı aşkarlanıb. Nəticədə 1 ton 880 kiloqram narkotik və psixotrop maddələr müsadirə olunub.