Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və qayınatası Sezgin Polat azadlığa buraxılıblar.
Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 25 iyun tarixində məlumat verir.
Azadlıqlarına müəyyən məhdudiyyət qoyulan cütlüyün barəsində araşdırma davam edəcək.
Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.