Ötən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 5-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Axtarışda olan 84 nəfər, cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.