Ötən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 12-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 92 nəfər, cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.