1983-cü il təvəllüdlü Yardımlı rayonu Deman kənd sakini evində qaçaqmalı gizlətməsinə dair əsaslı şübhələr yarandığı üçün saxlanılıb. Bu barədə 3 may tarixində Apa məlumat verib.
Məlumata əsasən, Yardımlı rayon polis əməkdaşları tərəfindən sözügedən şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaret, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.